Braziliyalı, ən çox qazanan modellərdən biri olan Gisele Bündchen “British Vogue” jurnalında özünün çantasında olanlar ilə bağlı məlumat verib.
Uvertüra.az “British Vogue” YouTube kanalına istinadən xəbər verir ki, model qeyd edib ki, əlində olduğu çantanın təxminən 15 yaşı var və Chanel markasına məxsusdur.
O, çantasından arxasında “Ana səni çox sevirəm” sözü yazılan mobil telefonunu çıxarıb. “Mən ona baxanda çox xoşbəxt oluram, bu mənə onu xatırladır”.
Chanel çantasından çıxan əşyalardan biri də salfet olub, “xüsusilə anasınızsa, bu sizə daha çox vacibdir”, – deyə o, əlavə edib.
Model ağlına gələn zamansız ideyaları yazmaq üçün çantasında özü ilə qeyd dəftəri və qələm də daşıyır. Gisele Bündchen özü ilə həm də paket çay və saqqız da gəzdirir.