Monteneqroda “Azərbaycan xalçası: təbiətlə dialoq” adlı sərgi açılıb.
Azərbaycan Milli Xalça Muzeyindən Uvertura.az-a bildirilib ki, Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunan sərgidə Muzeyin kolleksiyasından 24 dəyərli sənət nümunəsi yer alır. Bunlara XVIII əsrdən müasir dövrədək xalqımızın zəngin mədəniyyətini, dünyagörüşünü, həyat tərzini və ənənələrini əks etdirən xalçalar, xalça məmulatları və eskizlər aiddir.