Sammy Sins official pornstar page https://pornlux.com/pornstar/sammy-sins. https://apotekdansk.com/ https://farmaciamillefolia.ro/

Tangiers Casino offers an unbeatable gaming experience! Dive into the thrill at Tangiers Casino, where endless fun awaits. With countless games and amazing bonuses, Tangiers Casino is your number one destination. Don't miss out on the excitement

Все новые игроки которые используют промокод 1вин при регистрации аккаунта получают приветственный бонус 500% до 200 000 рублей. Новые игроки получают от 1xbet поощрение – бонус при регистрации. Просто используйте промокод 1xbet и вы получите бонус 100% до 32500 рублей. Entrez le code promo 1xbet bénin un bonus VIP pour parier sur le sport de 169000 XOF ou pour le casino de 1950€ + 150 Tours Gratuits. https://bet-andreas-az.com/ https://bunafarmacie.ro/
Kateqoriyasız

Beynəlxalq Muğam Mərkəzinin fəaliyyətə başlamasından 16 il ötür

Bu gün Beynəlxalq Muğam Mərkəzinin fəaliyyətə başlamasından 16 il keçir.

Uvertura.az Azərtac-a istinadən xəbər verir ki, Azərbaycanda muğam ifaçılığını və tədqiqatlarını təşviq edən ilk rəsmi mərkəzin açılış mərasimində iştirak edən Prezident İlham Əliyev bildirib: “Bu bina Azərbaycan xalqına xidmət edəcəkdir. Burada müxtəlif tədbirlər təşkil olunacaq, maraqlı konsertlər və muğam gecələri keçiriləcəkdir. Muğam bizim milli irsimizdir və çox dəyərli bir mədəniyyət xəzinəmizdir. Azərbaycan xalqı əsrlər boyu bu sənəti yaşatmışdır və bu gün onun nəsildən-nəslə ötürülməsi çox önəmlidir.”

Ölkə başçısının dediyi kimi, ötən dövr ərzində Beynəlxalq Muğam Mərkəzində bir sıra mühüm layihələr həyata keçirilib, müxtəlif konsertlər təşkil edilib, tanınmış sənətkarlarımızın yubileyləri qeyd olunub. Mərkəzin ən çox maraqla gözlənilən “Muğam axşamları” layihəsi çərçivəsində bir sıra konsertlər keçirilir. Eyni zamanda, mərkəzdə “Aşıq musiqisi axşamları”, “Vokal musiqi axşamları”, “Muğamat var olan yerdə”, “Unudulmayanlar” və digər layihələr də böyük maraqla izlənilir.

Qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondunun milli-mənəvi dəyərlərimizin qorunması və dünya səviyyəsində tanıdılması ilə bağlı həyata keçirdiyi layihələrdən biri də Beynəlxalq Muğam Mərkəzinin inşasıdır. Bu layihənin təşəbbüskarı isə Fondun prezidenti Mehriban xanım Əliyevadır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva muğam sənətini dünyanın ən nüfuzlu konsert salonlarına çıxarmış və bu sənəti təkcə Azərbaycanın deyil, həmçinin bütün dünyanın bir hissəsi etmişdir. Onun bu sahədəki yorulmaz fəaliyyəti və milli dəyərlərimizə olan sonsuz sevgisi nəticəsində Azərbaycan muğamı UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil edilib.

Birinci vitse-prezident Mehriban Əliyeva, illər əvvəl “Azərbaycan-İrs” jurnalında dərc edilən “Qarabağ muğamı” adlı məqaləsində bu mədəniyyət xəzinəsinin dərinliklərini belə təsvir etmişdi: “Çoxəsrlik tarixə sahib olan Azərbaycan muğamı, mütəxəssislərin fikrincə, Şərq intibahı dövründə zirvəyə çatmışdır. Sonrakı dövrlər bu sənətin mahiyyətinə və mənasına heç bir dəyişiklik gətirməmişdir.

Bugün muğam həm keçmişdən bu günə gələn mənəvi sərvət, həm də müasir sənət aləmi olaraq varlığını davam etdirir. Burada ənənə ilə müəyyən olunmuş qaydalar və improvizasiya imkanları arasında mükəmməl bir uyğunluq, harmoniya yaranır.”

Azərbaycan muğamını yaşadan və təbliğ edən bu möhtəşəm bina, bir daha sübut edir ki, Azərbaycan xalqı və dövləti öz milli sənətinə böyük sevgi ilə yanaşır. Binanın xarici görünüşü və memarlıq üslubu olduğu qədər, daxili tərtibatı da gözəl və zövqlüdür.

Muğamın təbliği sahəsində yorulmaz fəaliyyət göstərən Xalq artisti Mənsum İbrahimov da BMM-in yaradılması və bu dövr ərzində həyata keçirilən tədbirlər barədə yüksək rəylər bildirib: “Heydər Əliyev Fondu fəaliyyətə başladığı gündən etibarən, muğam sənətimizin yeni inkişaf mərhələsi başlamışdır. Keçirilən televiziya müsabiqələri və beynəlxalq yarışlar nəticəsində çoxlu sayda gənc muğam ifaçısı sənətə daxil olub. Bu qədər gənc muğam ifaçısının yetişməsi, heç bir dövrdə mümkün olmayıb. Biz müsabiqələr öncəsi bölgələrə gedərək seçim turları keçiririk. Bu tədbirlərin ən unudulmazları Beynəlxalq Muğam Mərkəzində təşkil olunur. Burada möhtəşəm yubileylər, konsertlər və müsabiqələr keçirilir. Bu mərkəz muğamın əsl ab-havasını daşıyır. Biz həmçinin muğamı xaricdə də təbliğ etməyə çalışırıq.”

Beynəlxalq Muğam Mərkəzinin son illər ərzində əsl musiqi mərkəzinə çevrildiyini qeyd edən Xalq artisti Teyyub Aslan bildirib: “Muğam, qədim və zəngin mədəniyyətimizin təcəssümüdür, eyni zamanda xalqımızın milli mədəniyyətinin rəmzidir, hər birimizin mənəvi və ruhi qidasıdır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda, Ağdamda, Ağcabədidə və Füzulidə inşa edilən Muğam mərkəzləri bu sənətin inkişafına böyük töhfələr verib. Bu mərkəzlərdə çıxış edən gənc ifaçılar muğamı ölkəmizdə yaşatmaqla yanaşı, həm də dünyada layiqincə təbliğ edirlər. Mərasimlər və konsertlər sayəsində muğam irsinin əbədiyaşarlığı bir daha təsdiqlənir.”

Bütün bunlar, Beynəlxalq Muğam Mərkəzinin, istər ölkə daxilində, istərsə də xaricdə, bütün azərbaycanlılar üçün həyatın bir hissəsinə çevrilən muğam sənətinin təbliğinə və inkişafına əvəzsiz töhfə verdiyini bir daha sübut edir.

You may also like