Mədəniyyət

Azərbaycan Animasiya Assosiasiyası Annecy festivalında təmsil olunub

Azərbaycan Animasiya Assosiasiyasının üzvləri Fransanın Ansi şəhərində keçirilən və dünyanın ən böyük animasiya festivalı olan Annecy Beynəlxalq Animasiya Filmləri Festivalında və MIFA marketində iştirak ediblər. Səfər zamanı Assosiasiyanın üzvləri tanınmış animasiya ulduzları ilə görüşüb, müxtəlif animasiya filmlərinin nümayişlərində və premyeralarına qatılıblar. Həmçinin MİFA marketində animasiya studiya, distributor, film fondları və beynəlxalq festivalların direktorları ilə görüşüb, gələcək əməkdaşlıq üçün fikir mübadiləsi aparıblar.

Uvertura.az AZƏRTAC-a istinadən bildirir ki, bunu açıqlamasında Assosiasiyasının sədri Rəşid Ağamalıyev deyib.

You may also like