Müğənni Elnur Məmmədov Xalq artisti Röya Ayxanla 15 ildən sonra barışmalarından danışıb.
Uvertura.az Olay-a istinadən xəbər verir ki, sənətçi “Səhər görüşləri” verilişində qonaq olarkən uzun illər dostluq etdiklərini və aralarında küsülülüyün olmadığını bildirib:
“Biz 25 ilin dostlarıyıq, eyni müəllimin – Əməkdar incəsənət xadimi, bəstəkar Vaqif Gərayzadənin tələbələriyik. Mən kişi xeylağıyam, naz xanıma yaraşır. Röya isə nazlı xanımdır. Biz dostuq və o, naz edəndə deyirdim ki, yaxşı edir”, – deyə müğənni qeyd edib.
O, Röya Ayxanın mərdliyini vurğulayaraq onların münasibətlərinin heç vaxt tamamilə kəsilmədiyini deyib:
“Bizim gözəl görüşümüz oldu. Allah Röyanın oğlu Hüseyni qorusun. Röya məni necə çox istəyirsə, mənim doğum günümdə Hüseyni dünyaya gətirib. Artıq elə yaşdayıq ki, münasibətlərimiz uzaq qala bilməz. 15 il ayrı qalsaq da, küsülülük yox idi. Bu camiədə aslanın dişisi yoxdur. Röya mərd xanımdır və bunu onu tanıdığım üçün deyirəm”.