67-ci Avroviziya Mahnı Yarışmasına (Eurovision Song Contest) sayılı günlər qalıb. Uvertüra.az xəbər verir ki, yarışmada iştirak edəcək 37 ölkədən nümayəndələr 9-13 mayda Böyük Britaniyanın Liverpul şəhərində olacaqlar.
Azərbaycanı beynəlxalq mahnı yarışmasında təmsil edəcək TuranTuralX qardaşları ölkəmizin mədəniyyət mərkəzlərindən biri olan Zaqatalada dünyaya gəliblər.
Qeyd edək ki, daha öncə Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Zaqatalada qardaşlar ilə görüşmüşdü. Onlar mayın 9-da yarı final mərhələsində isə 12-ci olaraq “Tell Me More” mahnısı ilə çıxış edəcəklər.