Avroviziya Mahnı Müsabiqəsi yenidən Avropaya qayıdıb. Belə ki, 2024-cü ildə Avroviziya Mahnı Müsabiqəsinə ev sahibliyini İsveç edəcək. O, 300-dən çox münsif heyətinin səsini qazanıb və beləliklə rəqiblərini geridə qoyub. Söhbət isə Loreen-in “Tattoo” mahnısından gedir.
Uvertüra.az xəbər verir ki, Avropa Kommissiyası da LinkedIn platformasında post paylaşıb və Loreen-i mükəmməl performansına görə təşəkkür edib. “Loreen, qələbə və müstəsna performansına görə təbrik edirik. Bu axşam bizi musiqi birləşdirdi”, – deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, Loreen 2-ci dəfədir ki, müsabiqədə qalib seçilir. Daha öncə isə 2012-ci ildə qatıldığı müsabiqədən qalib ayrılmışdı, yeni qələbəsi ilə isə Avroviziyanın tarixində 2-ci dəfə uğur əldə edən qadın müğənni oldu.