Qazaxıstan rəsmi olaraq ənənəvi idman və e-idman növlərini birləşdirən unikal turnir – “Phygital Games of the Future 2026” yarışlarına ev sahibliyi edəcək ölkə seçilib.
Uvetura.az Qazaxıstan Respublikasının Turizm və İdman Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu turnirə ev sahibliyi etmək hüququ uğrunda Qazaxıstan, Peru və Çili mübarizə aparıb.
Yarışlarda iştirakçılar fiziki və rəqəmsal formatları birləşdirən idman növləri üzrə medallar uğrunda mübarizə aparacaqlar.
“Gələcəyin Oyunları”nın Qazaxıstanda keçirilməsi təşəbbüsü 2024-cü ildə Kazanda keçirilən ilk oyunların açılış mərasimində Prezident Tokayev tərəfindən irəli sürülüb.