British Museum’dan bir çox əsərin oğurlanması və zədələnməsinə görə məsuliyyət daşıyan şəxsin 35 ildir muzeydə çalışan kurator olduğu məlum olub.
Uvertura.az xəbər verir ki, İngiltərənin və dünyanın ən əhəmiyyətli muzeylərindən biri olan British Museum’un anbarlarındakı bir çox əsər itdiyi, oğurlandığı və ya zədələndiyi bildirilmişdi. Bu səbəbdən bir əməkdaşın işdən çıxarıldığı açıqlanıb. İnsidentə görə işdən çıxarılan işçinin 35 il muzeydə çalışan və yunan artefaktları üzrə dünya səviyyəli ekspert olan 56 yaşlı kurator Piter Con Hiqqs olduğu ortaya çıxıb.
İşdən çıxarılan Hiqqs polis tərəfindən saxlanılmayıb. Ailəsi, Hiqqs’in günahsız olduğunu israr edir.
Muzey direktoru Hartwig Fischer, “Bu, çox nadir bir hadisədir. Muzey baş verənlərə görə üzr istəyir və qətiyyətlə doğru olanı edəcəyimizi bildiririk. Təhlükəsizlik tədbirlərimizi artırdıq və mütəxəssislərlə birlikdə nəyin itdiyini, nəyin oğurlandığını, nəyin zədələndiyini qiymətləndiririk” deyə bildirib.
Araşdırdı: Nicat Şəmiyev