Uvertura.az xəbər verir ki, 37 ildən sonra mavi ara tutuquşusunun balaları ilk dəfə vəhşi təbiətə buraxılıblar. Balalar artıq təbiətə öyrəşir və sürətlə böyüyürlər.
Mavi lələklərinə görə brakonyerlərin hədəfinə çevrilən bu tutuquşuların nəsli kəsilməkdə olub.
Qeyd edək ki, 1990-cı ildə cəmi bircə dənə qalan quşun populyasiyasının bərpası uzun illər davam edib.