Mayın 27-də 5-ci Milli Kitab Sərgisi bu dəfə İçərişəhərdəki Qoşa Qala meydanında başlanıb.
Uvertüra.az xəbər verir ki, Sərgi 70 minə qədər kitabı 70 faizədək endirimlə almaq üçün əla fürsətdir.
Üstəlik Sərgi çərçivəsində imza günləri, master-klasslar, təqdimatlar, yerli və xarici yazarlarla maraqlı görüşlər gözlənilir. Burada müxtəlif şirkətlərin stendlərini görə bilərsiniz, bir çoxları isə kampaniyalar həyata keçirir, şərtlər isə çox sadədir brendin stendi qarşısında şəkil çəkdirməli, onu sosial mediada paylaşmalı və bununla da pulsuz hədiyyə kitablar əldə etmək mümkündür.
Qeyd edək ki, Milli Kitab Sərgisi iyunun 4-dək davam edəcək.