Türkiyədə yayımlanan “Aldatmak” serialına yeni aktrisa daxil olacaq.
Uvertura.az xəbər verir ki, ekran işində aktrisa Deniz Arna çəkiləcək.
Qeyd edək ki, serialın baş rollarını Vahide Perçin, Ercan Kesal, Mustafa Uğurlu, Cem Bender kimi məşhur simalar canlandırır.
Deniz “Yalı çapkını” serialında “Hatuç” obrazını canlandıran aktrisa Şerif Sezerin qızıdır. O, karyerasına 5 ildir ki, ara vermişdi.