Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycan mədəni irsinin mühafizəsinə yönəlmiş səyləri kəlağayını yox olmaqdan qorudu və onun gələcəyinə inam doğurdu. 2014-cü ildə Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildi.
Uvertura.az xəbər verir ki, Azərbaycanın Fransadakı səfirliyi və UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Kəlağayı sənətinin UNESCO Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyi münasibətilə qurumun mənzil-qərargahında “Rəmzlərin rəqsi” adlı sərginin açılışı olub.