Stanford Universitetinin professoru, ömrünün yarısından çoxunu yaşlanma ilə bağlı elmi araşdırmasına həsr edən amerikalı psixoloq Laura Carstensen “Hidden Brain”dəki yeni podkastında və 11 il öncə TED çıxışında qeyd edirdi ki, “Yaşlı insanlar gənclər ilə müqayisədə daha çox xoşbəxtdirlər. Onun, həm podkastda, həm də TED-də danışdıqları isə bu səpkidə idi.
– 21 yaşında ikən keçirdiyi qəza nəticəsində 4 ay xəstəxanada yatıb. Ətrafında isə yaşlı insanlar çox olub. Əvvəllər isə həmişə gəzən-tozan, gənclərlə vaxt keçirən biri olub. Amma orda onlarla olarkən öyrəndikləri gələcəkdə yaşlanma haqqında elmi araşdırmasını etməyə kömək olur.
-Yaş artdıqca stress, narahatlıq hisləri azalır.
-Yaşlı insanlar gənclərdən daha xoşbəxtdirlər.
-Yaşlılar indiki anı yaşayırlar, gənclər isə keçmiş və gələcəkdə ilişib qalıblar.
-Yaşlılar, eyni zamanda keçmişi də düşünmürlər.
-Yaş artdıqca ən yola getməz cütlük belə, bir-birlərini yola verirlər.
-Araşdırmasında göstərir ki, onlarda stress, narahatlıq hissinin azalması onlarda əsas insani funksiyaların azalması mənasına gəlmir. Sadəcə onlar belə hiss edirlər.
-Yaşlılara, həm xoşbəxtlik, həm də bədbəxtlik verən fotolar göstərin. Yaşlılar daha çox pozitiv olanları yadda saxlayacaq, gənclər isə neqativ.
-Bir dəfə 92 yaşında iki xanımın evinə getdim. Onların bütün sevdikləri, dostları vəfat etmişdi. Onlara dedim: “Siz yenidən dost qazana bilərsiniz”. Onlar da “bizim bu dünyadakı vaxtımız azdır” deyə cavab verdilər. Bu bütün elmi araşdırmamın istiqamətini dəyişdi. Aşağıda isə onun TED çıxışını paylaşırıq.