Azərbaycanda xalçaçılığın inkişafı haqqında Heredot, Ksenofont və başqa qədim dünya tarixçiləri məlumat vermişlər. Sasanilər dövründə (III–VII əsrlər) Azərbaycanda xalça sənəti daha da inkişaf etdi, ipəkdən, qızıl-gümüş saplardan nəfis xalçalar toxundu. Alban tarixçisi Musa Kalankatlı (VII əsr) Azərbaycanda toxunulan ipək parçalar və rəngarəng xalçalar haqqında məlumat verir. Qızıl-gümüş saplarla toxunan və qaş-daşla bəzədilən xalça istehsalı XVI–XVII əsrlərdə ənənəvi xarakter almışdır. Orta əsrlərdə qızıl-gümüş saplardan toxunan xovsuz xalçaların əsas istehsal mərkəzləri Təbriz, Şamaxı, Bərdə əhərləri idi. Baha başa gəldiyindən əsasən feodallar üçün toxunulanala”zərbaf” adlanırdı. XVI əsrdə Azərbaycanda olmuş ingilis səyyahı Antoni Cenkinson Şamaxıda Abdulla xanın yay iqamətgahındakı qızıl-gümüş saplarla toxunulmuş xalça haqqında məlumat verir. XVII əsr Holland səyahətçisi Yan Streyts Şamaxı hakiminin atının üstünə salınan çulun qızıl saplarla toxunub mirvari və qiymətli qaş-daşlarla bəzədildiyini xəbər verir.
“İndi isə, hazır xalçalar gətirilib, satılır. Toxumağa maraq azdır” deyə, yerli televiziyalardan birinə müsahibəsində xalçaçı Sənubər Muradova deyib.
O bildirib ki, bir zamanlar Ağsuda məşhur olan, Bico kəndinin “möhür”ü sayılan xalçalara nə tələbat var, nə də öyrənmək istəyənlər.
“Yeddi yaşımdan bu işlə məşğulam, indi 66 yaşım var, gözlərim zəifdir. Çox istəyərdim bu ənənə davam etsin”.