ABŞ şəhərləri ilə bağlı yeni tendensiya müşahidə edilməkdədir. Amerikalılar Nyu-York, Kaliforniya kimi şəhərlərdən iqlimi mülayim olan Florida və Texas-a köçməyə üstünlük verirlər.
Uvertüra.az NBC News TV-yə istinadən xəbər verir ki, həmin ərazilərdə isə əhalinin sayında artım müşahidə edilməkdədir. Bura köçməyə üstünlük verən insanların əsas səbəblərindən biri iqlim, vergi şərtlərinin yumşaq, aşağı və ərazinin yaşamaq üçün əlverişli olması və s.-dir.
Rəqəmlər ilə qeyd etməyə gəlsək, 2022-ci ildə Florida-ya 315 000 yeni sakin köçüb, il ərzində əhalinin sayında artım isə 2% olub. İkinci bir artım isə Texas-dadır və 2022-ci ildə başqa ştatlardan bura köçənlərin sayı 230 000 olub. Ən çox əhali isə Kaliforniyadan gedib və ötən il 340 000 nəfər buranı tərk edib və elə həmin ildə Nyu-York şəhəri isə 300 000 sakinini itirib.