ABŞ-ın sabiq birinci leydisi, 95 yaşlı Rosalynn Carter-ə demensiya xəstəliyi diaqnozu qoyulub.
Uvertüra.az NBC News TV kanalına istinadən xəbər verir ki, bu barədə isə onun ailəsinin açıqlamasında qeyd edilib və əlavə edilib ki, Rosalynn sağlamlığı ilə bağlı mübarizə aparır.
Açıqlamada əlavə edilib ki, evində yoldaşı ilə birlikdə xoşbəxt yaşamağa davam edir: “Yaz ayını açıq havada keçirir və sevdiyi şəxslərin evinə ziyarət edir”.
Qeyd edək ki, Rosalynn Carter ABŞ-ın sabiq prezidenti Jimmy Carter-in həyat yoldaşıdır. Hazırda isə Jimmy Carter-in 99 yaşı var.