Bazar ertəsi ABŞ prezidenti Joe Biden-in Böyük Britaniyaya səfəri çərçivəsində ölkənin Kralı Charles ilə görüşüb.
Uvertura.az xəbər verir ki, prezident Kral ilə görüşündə kraliyyət ailələrinə xas olan etiket qaydalarını pozub. Belə ki, prezident onun qoluna toxunub, öz əlini Kralın çiyninə qoyub və əl ilə salamlaşıb. Əslində isə onlar təmas qurmadıqca insanlar kraliyyət ailəsinin heç bir üzvünə toxunmamalıdırlar.
Qeyd edək ki, Joe Biden, sabiq ABŞ prezidenti Barack Obamanın həyat yoldaşı Michelle Obama və sabiq prezident Donald Trump Böyük Britaniyaya səfəri çərçivəsində bir neçə dəfə kraliyyət etiket qaydalarını pozublar. Məsələn, Joe Biden eynəyini çıxarmayıb, Trump Kraliça Yelizavetadan önə keçib, çiyninə toxunub və s. Eynisini Michelle Obama da Kraliça Yelizavetaya edib, əlini onun çiyninə qoyub.
2018-ci ildəki memuarında isə xanım Obama yazırdı: “Həmin gün Kraliça və mən yüksək dabanlı ayaqqabı geyinmişdik. Heç fərqinə varmadan ona dəstək olmağa çalışdım. Mən Sarayda düzgün olanı etməmiş ola bilərəm, ancaq insani olan hərəkəti etdim”.