Türkiyənin İstanbul şəhərində qanunsuz mərc oyunları ilə bağlı aparılan istintaq çərçivəsində tanınmış iş adamı Acun Ilıcalı və bir neçə digər şəxs barəsində ittiham aktı qəbul edilib.
Uvertura.az xəbər verir ki, Acun Ilıcalı üçün 5 il 3 aya qədər həbs cəzası istənilir və o, 2 iyul tarixində məhkəmə qarşısına çıxacaq.
İttiham aktında TV8 və “Exxen” platformalarında yayımlanan futbol matçları zamanı qanunsuz mərc saytlarının reklam olunduğu iddia edilir. Ümumilikdə bu iş üzrə səkkiz nəfər təqsirləndirilir.
Qeyd edək ki, ötən il İstanbul Cümhuriyyət Prokurorluğu Acun Ilıcalı barəsində araşdırmalara başlayıb.