Braziliyada məhkəmə, britaniyalı müğənni Adelin “Million Years Ago” mahnısını plagiat sayıb.
Uvertura.az Qafqazinfo-ya istinadən xəbər verir ki,bu barədə “The Guardian” xəbər yayıb. Mənbənin bildirdiyinə görə, iddia braziliyalı bəstəkar Toninyo Geraesdən gəlib. Geraesə görə, Adelin mahnısının melodiyası, onun musiqisini yazdığı samba əsəri olan Martinho da Vila Mulheresin melodiyasını təkrarlayır.
Məhkəmə, Adelin “Million Years Ago” mahnısının bütün dünyada satışdan və musiqi yayımı xidmətlərindən götürülməsinə qərar verib. Həmçinin, Geraes 160 min dollar məbləğində təzminat tələb edib.