“Çox gözəl aparıcılar var. Baxırsan ki, gözəl geyimi, duruşu. Amma deyirsən ki, kaş səhnədə bunu etməyəydi. Səhnədə bunlar olmaz. Səhnə qayda-qanunu sevir. Baxışın, nitqin, duruşun yerində olmalıdır. Vəhdəd təşkil etməlidir ki… Bəlkə beləsi var, mən tanımıram”.
Uvertura.az xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli “Gül kimi şou”da deyib. Afaq gənc aparıcıları tənqid edib. O, son illər yeni aparıcıların peşəkar yetişmədiyindən gileylənib.
Uzun müddətdir maqazin verilişindən uzaq qalan Afaq yaxın günlərdə proqramın yaymlanacağını açıqlayıb:
“Çox az qalıb, qayıdırıq. 25 ildir televiziyadayam. Ən böyük fasiləm indi olub. Darıxdım, gəlmişəm, danışacaq o qədər sözlərim var… Maqazin verilişidir, amma istəyərəm ifaçıların danışacaq sözləri olsun. İndi yeni çıxan müğənninin qabağına müxbir gedir. Qayıdır ki, məni ordan çək, burdan istəmirəm, onu demirəm. Baxırsan ki, bu nədir?”.