Mədəniyyət Nazirliyinin təşkilatçılığı və maliyyə dəstəyi ilə regionlarda həyata keçirilən qastrol səfərləri proqramı çərçivəsində, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Qadınım” tamaşasını təqdim edib.
Uvertura.az Azərtac-a istinadən xəbər verir ki, Türk dünyasının tanınmış yazıçı və dramaturqu Tuncər Çücənoğlunun “Matryoşka” pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru İradə Gözəlovadır.
Tamaşada Əməkdar artist Nigar Şahmuradova, gənc aktyorlar Əmrah Dadaşov və Gültac Əlili, həmçinin teatrın xor artistləri çıxış ediblər. Səhnə əsərinin quruluşçu rəssamı Vüsal Rəhim, xormeysteri Məlahət Qasımova, videoqrafı Murad Həsənov və musiqi tərtibatçısı isə Əmrah Dadaşov olub.