Aktrisa Çimnaz Sultanova dünyasını dəyişib.
Uvertura.az xəbər verir ki, bu barədə aktrisanın yaxınları məlumat veriblər.
Məlumata görə, Çimnaz Sultanova 43 yaşında bağırsaq xərçəngindən həyatını itirib. O, son iki ay ərzində ağır xəstəlikdən əziyyət çəkib.
Qeyd edək ki, Çimnaz Sultanova 15 yanvar 1982-ci ildə Bakıda doğulub. O, “Vicdan haqqı”, “Sənə inanıram”, “Bayram axşamı” kimi bir sıra məşhur serial və filmlərdə rol alıb.