Həkimlər, ağır vəziyyətdə olan aktyor Azər Baxşəliyevin ürək fəaliyyətini bərpa ediblər və o, süni tənəffüs aparatına qoşulub.
Uvertura.az Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin (ATU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova məlumat verib.
O, bildirib ki, həkimlərin peşəkar müdaxiləsi nəticəsində aktyorun ürək fəaliyyəti normallaşıb. Hazırda xəstə süni tənəffüs aparatına bağlıdır. Azər Baxşəliyevin vəziyyəti çox kritik və ağırdır.
Aktyorun müalicəsi hal-hazırda ATU Tədris Cərrahiyyə Klinikasında davam edir.
Xatırladaq ki, bir müddət əvvəl aktyorun vəfat etdiyi barədə məlumat yayılmışdı.