Mədəniyyət

Aktyor Möylə Mirzəliyev vəfat edib

Aktyor Möylə Mirzəliyev dünyasını dəyişib

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru Möylə Mirzəliyev bu gün həyatını itirib.

Uvertura.az xəbər verir ki, bu barədə sənətkarın qızı məlumat verib. Onun sözlərinə görə, aktyor günorta saatlarında dünyasını dəyişib.

Xatırladaq ki, təxminən bir ay əvvəl aparılan cərrahi əməliyyatdan sonra Möylə Mirzəliyev hərəkət qabiliyyətini itirmiş, səhhəti isə daha da ağırlaşmışdı.

You may also like