Hollivudda aktyorların tətilinə görə işlər dayanıb və bir çox film və TV proqramlarının gələcəyi isə qaranlıqdır.
Uvertura.az NBC News TV kanalına istinadən xəbər verir ki, tətilin birinci günündə iştirak edən etirazçılar yüksək əməkhaqqı, AR-dən müdafiə tələb edirlər.
Qeyd edək ki, aktyorların həmkarlar təşkilatı Hollivud film studiyaları ilə danışıqlar masasından ayrılıb və etirazlara başlayıblar. Bildirilir ki, film, TV setində çalışan hər kəs – yazıçılar, operatorlar, makiyaj ustaları və s. bu tətildən zərər çəkəcək və danışıqlar baş tutmayıncaya qədər işsiz qalacaqlar.
Əlavə edək ki, aktyorların etirazından yaranan zərərin iqtisadiyyata təsiri isə milyardlarla dollar olacağı və aylar çəkəcəyi gözlənilir.