Oslodakı Kulturkirkendə (Yakob mədəniyyəti kilsəsi) tanınmış norveçli pianoçu Tord Qustavsenin təşkilatçılığı ilə “Pinsefestival for Meditativ Musikk” adlı beşinci meditativ musiqi festivalı keçirilib.
Uvertura.az xəbər verir ki, festival çərçivəsində təşkil olunan “Heart Awakening” (”Ürəyin oyanışı”) adlı konsert axşamında azərbaycanlı xanəndə, Azərbaycanın Xalq artisti Alim Qasımov və Əməkdar artist, caz musiqiçisi və saksofonçu Rain Sultanov iştirak ediblər.
Azərbaycan musiqiçiləri pianoçu Tord Qustavsen, alman violonçelçisi Ana Lexner, norveçli perkussionçu Kennet Ekorns və truba ifaçısı Nils Petter Molver ilə birlikdə əvvəlcədən hazırlanan repertuar olmadan birbaşa səhnədə yaranan meditativ musiqi ifa ediblər.