Amerikalı aktrisa Amber Heard keçmiş həyat yoldaşı Johnny Depp-in dişləri ilə bağlı qalmaqaldan sonra İspaniyada lentə alınıb. Fotolardan da belə görünür ki, o, İspaniyada keçirdiyi zamandan və həyatından məmnun, xoşbəxtdir.
Uvertüra.az xəbər verir ki, ötən cümə axşamı İspaniyada olan aktrisa alış-veriş edib və fanları ilə selfi çəkdirib və hətta zaman ayıraraq yerli sakinlər ilə gündəlik söhbətlər edib.
Qeyd edək ki, Hola.com-da yayılan məlumata əsasən o, Amerika film sənayesini tərk edib və Madridə 2 yaşlı qızı Oonagh ilə köçməyə qərar verib. O, gəzinti zamanı gündəlik və sadə geyimdə olub.