2022-ci ildə bir neçə ay davam edən məhkəmə çəkişmələrindən sonra Amber Heard-ın keçmiş yoldaşı Johnny Depp-ə qarşı olan iddialarının əsassız olduğu sübut edilmişdi. Nəticədə isə Heard Depp-ə 1 milyon dollar qaytarmalı idi.
Uvertura.az xəbər verir ki, Daily Mail nəşrində yazılan məlumata əsasən məhkəmədən 1 il sonra isə nəhayət ki, Depp bu pulu alıb.
Qeyd edilir ki, Depp isə bu pulları hər biri 200.000 dollar olmaqla 5 xeyriyyə evinə bağışlayıb. Heard isə bu haqda mətbuatın suallarını cavablandırmayıb, ancaq daha öncəki açıqlamalarında qeyd edib ki, TV-də yayımlanan canlı məhkəmə prosesindən sonra anladım ki, qadın öz həqiqətləri uğrunda mübarizə apardıqda onu hədəf nöqtəsinə çevirirlər.