“Living Lchaim” YouTube kanalında Amerikada yaşayan yəhudi qadın gənclərə brilyant dəyərində öz tövsiyələrini verib. Uvertura.az həmin kanala istinadən tövsiyələri izləyiciləri ilə bölüşür.
Həyatı ciddi qəbul etməyin və ən çətin anınızda belə gülümsəyin. Yoxsa həyat dözülməz olacaq. Bunu isə yoldaşımdan öyrənmişəm.
Bahalı əşyalara, həddindən artıq ərzağa pul xərcləməyin. Pullarınızı mütləq yığın və daşınmaz əmlaka investisiya edin. Çünki kirayəyə xərclədiniyiniz pul çölə atılmış kimidir.
Bu gün insanlar bölüşməyi sevmirlər, əslində həyat belə olmalı deyil. Düşünün ki, uşaqlara həddindən artıq oyuncaqlar alırıq, əslində buna ehtiyac yoxdur. Əgər çox lazımdırsa, insanlar əlində olanları başqaları ilə bölüşməyi bacarmalıdırlar.
Həddindən artıq yuyucu vasitələrdən istifadə etməyin, azı kifayətdir. Çünki 1 sizin maşınınız xarab olacaq, 2-də siz kömür mədənində işləmirsiniz ki, o qədər yuyucu vasitədən istifadə edəsiniz.
İnsanlar bu gün vaxt tapa bilmirlər. Ancaq mütləq alış-verişdən sonra verilən qəbzə baxın. Çünki orada çox xətalar ola bilir. Məsələn, həftədə 3-4 dəfə supermarketdə başıma belə hadisələr gəlir, ya məndən çox pul çıxırlar, ya da istədiyim məhsulu vermədən pul alınır və s. Bir gün evə gəldim və yoldaşıma dedim ki, sənin 14 dollarını geri qaytardım.
Mütləq uşaqları əyləndirmək istəyirsinizsə, onlara keyfiyyətli ərzaq verin. Məsələn, dondurma kimi çalışın ən bahalısını və keyfiyyətlisini alasınız.