Amerikalı müğənni, mahnı yazarı Ariana Grande (yaxud qısaca Ari) xarici görünüşü ilə bağlı sosial mediada səslənən fikirlərə münasibət bildirib. Uvertüra.az xəbər verir ki, o, deyib ki, öz bədəninizi mənimki ilə müqayisə edirsiniz: “Amma bildirmək istəyirəm ki, mənim hazırkı xarici görünüşüm bu günə qədər ən qeyri-sağlam versiyamdır. Çoxlu anti-depresantlar qəbul edirəm, içirəm və az yeyirəm”, – deyə sözlərinə əlavə edib.
29 yaşlı ulduz bildirib ki, siz birinin xarici görünüşünü bəyənməyə bilərsiniz, ancaq əmin olun ki, həmin şəxs də bu haqda bilir. “İnsanlar bizim bilmədiyimiz çətin zamanlardan keçə bilərlər. Nəzakətli olun”, – deyə qeyd edib.
“Həyatınızda hazırda nə baş verirsə-versin, əmin olun ki, siz çox gözəlsiniz”, – deyə o sevənlərinə səslənib.