Amerikalı müğənni Taylor Swift 2024-cü ildə Böyük Britaniyada daha çox konsert verəcək.
Uvertura.az Sky News nəşrinə istinadən xəbər verir ki, müğənniyə olan tələbin çoxluğundan növbəti ildə daha dəqiq olaraq Böyük Britaniyanın Liverpool, Edinburgh və London şəhərlərində konsertlərin olacağı planlaşdırılıb.
Bildirilib ki, 2024-cü il iyunun 9-da müğənni Edinburghda, 13-ü Liverpool-da, 23-ü isə Londonda olacaq. Hər bir konsertlər isə müvafiq şəhərlərin böyük stadionlarında təşkil ediləcək. Müğənninin Böyük Britaniyaya səfəri çərçivəsində isə Avropanın bir çox şəhərlərində də konsertlər verəcəyi planlaşdırılır.
Qeyd edək ki, 33 yaşlı müğənni 2020-ci ildə bu ölkədə konsert verməyi planlaşdırsa da, pandemiyadan dolayı təxirə salınmışdı.