1942-ci ildə doğulan Respublikaçılar partiyasının Senat liderli, siyasətçi Mitch Mcconnel özünün ənənəvi mətbuat konfransında qorxulu an yaşayıb. Belə ki, o çıxışı çərçivəsində donub qalıb və heç bir reaksiya verməyib.
Uvertura.az NBC News TV-yə istinadən xəbər verir ki, onun nitqində 92 saniyəlik səssizlik baş verib. Məsləhətçiləri onu zaldan uzaqlaşdırıblar və bir neçə dəqiqədən sonra geri qayıdan siyasətçi isə jurnalistlərin “yaxşısınız?” sualına isə “mən yaxşıyam” deyə qarşılıq verib.
Qeyd edək ki, 81 yaşlı siyasətçi bir neçə dəfə müxtəlif səbəblərdən əməliyyat olunub.