Nyu York şəhərində havanın keyfiyyəti ən pis səviyyəyə yüksəlməklə rekorda çatıb.
Uvertura.az NBC News TV kanalına istinadən xəbər verir ki, belə hava şəraiti isə uşaqlar, yaşlılar və astma xəstəliyi olanlar üçün olduqca pis bir əlamət deməkdir.
Həkimlər isə məsləhət görürlər ki, çalışın maska taxın, lazım olmadıqca çölə çıxmayın və evin havalandırmasını tez-tez qoşun.
Qeyd edək ki, Kanadada baş verən yanğınlar nəticəsində zəhərli tüstü ABŞ-ın sərhədlərinə qədər çatıb.