Mədəniyyət

Ankarada Azərbaycan incəsənət ustalarının konserti təşkil olunub

“Azərbaycan sənət həftəsi” çərçivəsində Ankarada Azərbaycan incəsənət ustalarının Özəl Yüce Məktəbində konserti təşkil edilib.

Uvertura.az xəbər verir ki, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında keçirilən tədbir Azərbaycan incəsənətinin təbliğinə həsr olunub.

Tədbirdə çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Elnur Hüseynov Azərbaycan-Türkiyə arasında tarixi dostluq və qardaşlıq münasibətlərindən danışıb. O, Azərbaycanın zəngin mədəniyyəti və qardaş Türkiyədə milli mədəniyyətimizin təbliği məqsədilə həyata keçirilən layihələrdən danışaraq, ortaq dəyərlərimizi, mədəniyyətimizi tanıtmağın önəmini vurğulayıb.

You may also like