Ankarada keçirilən 12-ci Beynəlxalq Müasir İncəsənət sərgisində “Saküder” rəsm qalereyasının ekspozisiyası çərçivəsində müxtəlif ölkələrin, o cümlədən Azərbaycan rəssamlarının əsərləri nümayiş etdirilib.
“ATO Congresium” mərkəzində təşkil olunan sərgidə rəssamlar, incəsənət həvəskarları, həmçinin Azərbaycan və Rumıniya səfirliklərinin nümayəndələri iştirak ediblər.
Uvertura.az xəbər verir ki, sərgidə Azərbaycanın Xalq rəssamı Arif Hüseynovun da tabloları təqdim olunub. Bildirilib ki, aprelin 10-da rəssamın bir əsərinin Ankaradakı Rəsm və Heykəltəraşlıq Muzeyinə təqdim edilməsi planlaşdırılır.
Ekspozisiyada həmçinin Sirus Mirzəzadə, Fikrət İbrahimli, Aynur Dündar, Coşkun Özçakır, Pınar Yükselir, Mehtap Tarakçı Sönmez və Gülcan Eroğlunun əsərləri nümayiş etdirilib.
