Avqustun 1-də Türkiyənin Ankara şəhərində “Şuşa – Qarabağın tacı, Qafqazın sənət məbədi, Türk dünyasının mədəniyyət paytaxtı” adlı kitabın təqdimat mərasimi olub.
Uvertura.az xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) dəstəyi ilə Türkiyə türkcəsində nəşr olunan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Qarabağ İrsini Araşdırma Mərkəzi”nin rəhbəri, professor, siyasi elmlər doktoru Elçin Əhmədovun müəllifi olduğu kitabda Azərbaycanın maarifçilik beşiyi və mədəniyyət mərkəzi olan Şuşanın tarixi, mədəni və strateji əhəmiyyətindən bəhs edilir.