Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə milli mədəniyyətimiz, tariximiz, ədəbiyyatımız, incəsənətimizin təbliği məqsədilə qardaş ölkənin bölgələrində tədbirlər və layihələr həyata keçirilir. Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi, Azərbaycanın Türkiyədəki səfirliyi və Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin dəstəyi ilə Türkiyənin tarixi və turizm bölgəsi olan Antalya şəhərində “Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirləri təşkil olunub.
Uvertura.az xəbər verir ki, bu məqsədlə Antalya şəhərində Nazim Hikmət Konqres Mərkəzində “Azərbaycanın təsviri sənəti” mövzusunda sərgi açılıb. Antalyalılar tərəfindən maraqla qarşılanan sərgidə Azərbaycan mədəniyyəti, incəsənətinə dair guşələr təşkil edilib, Azərbaycandan gətirilən “FR Collection” kolleksiyasına aid qadın baş geyimi-tarixi kəlağayılar, milli geyimlərimiz nümayiş olunub.