Aparıcı Zamirə Dadaşova “Space TV”nin rəhbəri Vado Korovi məhkəməyə vermişdi.
Uvertura.az xəbər verir ki, aparıcı məhkəmənin növbəti iclasının bu gün baş tutduğunu açıqlayıb. O bildirib ki, məhkəmədə qalib gəlib:
“Dostlar, bu dəfə də qalibəm. Bu gün Yasamal rayon məhkəməsində Vado Karovinə (“Space TV”nin rəhbəri – red.) qarşı iddia tələbim təmin edildi. Məhkəmənin qərarı ilə Space MMC də işə bərpa olunmalı, işə bərpa olunan günə qədər bütün əməkhaqqım ödənilməli və vəkilə ödədiyim rüsumu da cavabdeh ödəməlidir. Sənədlərdə o qədər yanlışlıqlara yol veriblər ki, gördükcə şoka düşürəm”.
Qeyd edək ki, Zamirə heç bir xəbərdarlıq edilmədən işdən çıxarıldığını, daha sonra isə əmək kitabçasının ona verilmədiyini bildirmişdi.