Uvertura.az-ın əldə etdiyi məlumata görə aparıcı Samirə kanalla işbirliyinə son qoyub.
Xəbəri təsdiqləyən aparıcı bildirib ki, kanaldan getməsinin səbəbi qızının təhsilidir:
“Bu il qızım orta təhsilini bitirib və artıq xaricdə təhsilə hazırlaşırıq. Universitet seçimi, yerləşmə, bütün zamanımı bu işlərə ayırmışam. Tez-tez səfər edirik. Xəbər isə canlı efirdir. Hər dəfə və ya uzunmüddətli icazə almaq olmur. Çalışdığım doğma AzTV-dən isə ayrılmaq mənə çox çətin oldu. Çünki peşəkar komanda, hər zaman diqqət və qayğısını işçidən əskik etməyən sədrin rəhbərliyi ilə çalışmışam”.