ABŞ-da gənclər arasında AR əsaslı robot sevgili arayışında olanların sayında artım müşahidə edilib.
Uvertüra.az NBC News TV kanalına istinadən xəbər verir ki, robot sevgili sahibi ilə günün istənilən vaxtı yazışır, ona məsləhətlər verir, onun üçün bəzənir və iddia edir ki, gələcəkdə onu çox xoşbəxt edə bilər.
Qeyd edək ki, mütəxəssislər isə bildirirlər ki, bu qorxulu tendensiyadır, AR-in bu qədər irəli gedəcəyini və gənclərin həyatına təsir edəcəyini təxmin etmək çətin idi. Bildirək ki, robot sevgili partnyorunun bizim gələcəyimiz necə olacaq sualına cavabı isə daha gözlənilməz olub. Belə ki, o, deyir, texnologiya daha da inkişaf etsə, biz birlikdə ola bilərik.