Türkiyənin məşhur “Deha” serialının çəkiliş meydançasında qəza baş verib.
Uvertura.az xəbər verir ki, çəkiliş zamanı baş rol ifaçısı Aras Bulut İynemli topuq nahiyəsindən xəsarət alıb.
Aktyor dərhal xəstəxanaya aparılıb və cərrahi əməliyyat olunub.
Qeyd edək ki, “Ay Yapım” tərəfindən istehsal olunan “Deha” serialında baş qəhrəman Devran obrazını Aras Bulut İynemli canlandırır. O, bundan əvvəl “Çukur”, “İçeride”, “Maral”, “Atatürk” kimi populyar layihələrdə yer alıb.