“Nine Senses” yaradıcılıq və özünüinkişaf mərkəzində “ART-ELKA” sərgisinin açılışı olub.
Uvertura.az xəbər verir ki, sərgidə Azərbaycanın gənc rəssam və heykəltaraşlarının hazırladıqları yolkanın ənənəvi görünüşünün iyirmi yaradıcı interpretasiyası nümayiş olunub.
“Nine Senses” yaradıcılıq və özünüinkişaf mərkəzinin akademik direktoru Natalya Jukova jurnalistlərə deyib ki, Azərbaycan rəssamları öz yaradıcı yanaşmaları sayəsində ənənəvi şam ağacını heyrətamiz sənət nümunələrinə çeviriblər.
Qeyd edək ki, “ART-ELKA” Mədinə Axundbəyli, Namik Hüseynov, Samir Səmədov, Zamiq Rzayev, Fidan Qəmidzadə, Fərid Rzayev, Vera Aksamentova, Dilyarə Tağıyeva, Akif Hacızadə, Əliyar Allahverdiyev, Günay Bağışova, Gülşən Əsədova, Elmir Yaqubov, Olesya Katmandu və s. rəssamların əsərləri təqdim olunub.