Şou-biznes

Artıq sosial şəbəkələrdə də bir-biri ilə əlaqəni kəsiblər

Bir müddət əvvəl “təşəkkür” davasına çıxan türkiyəli müğənnilər Demet Akalın və Gülben Ergen, indi isə “bloklama” məsələsində mübahisə edirlər.

Uvertura.az Türkiyə mediasına istinadən xəbər verir ki, müğənnilər arasındakı gərginlik sosial mediada geniş müzakirə mövzusuna çevrilib.

Demet Akalın “X” platformasında Gülben Ergeni bloklayıb. Vəziyyəti anlayan Ergen isə “Keçi can hayında, qəssab piy axtarır” deyə bir paylaşım edib.

Akalının cavabı isə sərt olub: “Yəqin ki, qəssab da mənəm, mal da mənəm! Bəli, izləmədən çıxdım. Ergen o zaman demişdi ki, Narinin məktəb tikintisi başa çatmayacaq, mən isə rüsvay olacağam. Lakin o vaxt mən qəssab deyildim.”

Akalın, həmçinin bir ay əvvəl blokladığı Ergeni “səmimiyyətsiz” adlandırıb.

Qeyd edək ki, Gülben Ergenin təsis etdiyi “Çocuklar Gülsün diye Derneği” Diyarbakırda qətlə yetirilən Narin Güranın adına uşaq bağçası tikdirib və sosial mediada bu təşəbbüsə dəstək olanlara təşəkkür edib. Demet Akalın isə məktəb üçün dəstək istədiyi ailənin siyahıda olmaması səbəbindən həmkarına narazılığını ifadə edib.

You may also like