Şou-biznes

Arzum Onan yenidən ekrana qayıdır

Türkiyəli məşhur aktrisa Arzum Onan uzun fasilədən sonra yenidən kamera qarşısına keçəcək.

“Qafqazinfo”nun “Cumhuriyet”ə istinadən verdiyi xəbərə görə, sənətçi “Bi Umut” adlı yeni filmdə “Fatma” obrazını canlandıracaq. Bu layihə aktrisanın 16 illik fasilədən sonra ekranlara dönüşü olacaq.

Qeyd edək ki, Arzum Onan sonuncu dəfə 2009-cu ildə “Aşkın İkinci Yarısı” filmində rol almışdı.

Xatırladaq ki, aktrisa 1993-cü ilin aprelində “Türkiyə gözəli”, həmin ilin iyulunda isə “Avropa gözəli” titulunu qazanmışdı.

Şəxsi həyatı ilə də tez-tez gündəmə gələn Onan 2023-cü ildə 27 illik həyat yoldaşı, aktyor Mehmet Aslantuğla yollarını ayırıb. Cütlüyün bir övladı var. Hazırda aktrisanın türk iş adamı Orkan Özkan ilə münasibətdə olduğu bildirilir.

You may also like