Avqustun 12-i Beynəlxalq Gənclər Günü qeyd edilib.
Uvertura.az xəbər verir ki, Avropa Mərkəzi Bankının prezidenti Christine Lagarde bu haqda özünün rəsmi LinkedIn platformasında maraqlı bir paylaşım edib. Paylaşımında deyilir: “Bu gün Beynəlxalq Gənclər Günüdür. Gənclər Avropanın gələcəyidir və biz onlara gələcəyi idarə etmək üçün lazım olan alət və biliyi verməliyik”.
Daha sonra o, özünün müxtəlif tədbirlərdə gənclər ilə görüşü zamanı səsləndirdiyi fikirlərdən ibarət video paylaşıb: “Çalışın, dünyanı səyahət edin, mümkün olduğu qədər daha çox dil öyrənin. İnsanlara hörmət edin, onların fikirlərini dinləyin. Həyatınızda risk götürün. Bacardığınız qədər daha çox sevgi verin”.
Daha sonra o digər çıxışlarında dediyi fikirləri paylaşıb: “Məndən soruşsanız ən yaxşı investisiya nədir? Ən yaxşı investisiya təhsildir. Eyni zamanda qızların təhsilə çıxışı eyni qaydada olmalıdır. Onların olmaq istədikləri səviyyədə olmaq üçün imkanları eyni olmalıdır. Sevgi ilə çox şey etmək olar. Bunu inkişaf etdirmək, böyütmək və bacardığınız qədər paylaşmaq lazımdır”.