Ukrayna və Böyük Britaniyanın birgə təşkilatçılığı ilə Liverpul şəhərində “Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb.
Uvertüra.az xəbər verir ki, müsabiqədə ölkəmizi TuralTuranX “Tell me more” mahnısı ilə təmsil edən Tural və Turan əkiz qardaşları mübarizəni dayandırıblar.
Finala isə Xorvatiya, Moldova, İsveçrə, Finlandiya, Çexiya, İsrail, Portuqaliya, İsveç, Serbiya və Norveç təmsilçiləri keçiblər.
Müsabiqənin ikinci yarımfinalı mayın 11-də, finalı isə mayın 13-də keçiriləcək.
Bu il 67-ci dəfə təşkil olunacaq “Avroviziya” mahnı müsabiqəsində 37 ölkə təmsil olunur.