68-ci “Avroviziya” mahnı müsabiqəsinin birinci yarımfinalı İsveçin Malmö şəhərində baş tutub.
Uvertura.az xəbər verir ki, Yarışmada Ukrayna, Kipr, Polşa, Serbiya, Litva, Xorvatiya, İrlandiya, Sloveniya, İslandiya, Finlandiya, Portuqaliya, Lüksemburq, Avstraliya, Moldova və Azərbaycan daxil olmaqla 15 ölkə iştirak edib.
Fahree (Fəxri İsmayıl) və İlkin Dövlətov yarışmada “Özünlə apar” mahnısını ifa edərək finala çıxa bilməyiblər.
Qeyd edək ki, mayın 9-da ikinci yarımfinal, mayın 11-də isə final mərhələsi baş tutacaq. İsveç, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və İspaniya finala birbaşa vəsiqə qazanan ölkələr sırasındadır.
“Avroviziya-2024” mahnı müsabiqəsinin ilk finalçıları isə Serbiya, Portuqaliya, Sloveniya, Ukrayna, Litva, Finlandiya, Kipr, Xorvatiya, İrlandiya, Lüksemburq olub.