“Dişlərini göstərərək gülümsə” deyildiyi üçün bir neçə il şəkillərdə belə göründüm. Çünki uşaqlıq belədir. Nə istədiyini tam olaraq bilmirsən, davamlı olaraq yıxılırsan. Səhvən saçını yandırarsan (etdim), ard-arda 10 banan yeyib, mədəni xarab edərsən (etdim), dostlarınla davamlı mübahisə edərsən, ancaq sonda qucaqlayıb barışarsan. Çox danışarsan, çox səs-küy edərsən. Davamlı sənin arxanca düşən biri lazımdır. Uşaqlıq sərxoşluğa bənzəyir. Və ikisi də müdhiş və bərbaddır. İkisinin də ən yaxşı tərəfi qısa davam etməsidir”.
Uvertüra.az xəbər verir ki, bu sözləri bir zamanların məşhur sitkomu “Avrupa Yakası”nın yazarı və baş qəhrəmanlarından biri olan Gülse Birsel yazıb.
“Şəkil bayram günlərinin birində çəkilib, atam, anam, qardaşım, bacım və mən. 4 yetkin şəxs illərlə mənim dalımca düşdülər. Ölkəmdəki uşaqların hər biri ən azı mənim qədər gözəl bir uşaqlıq keçirsin istəyirəm. Gələcəyə, günəşli günlərə dair xəyallarım var. Və hər kəs ağıllı olsun, xəyal qırıqlığını heç sevmirəm”.