Xalq artisti Aygün Kazımova bədən quruluşu ilə bağlı sualları cavablandırıb.
Uvertura.az xəbər verir ki, “7 tamam” verilişinə qonaq olan Pop diva aparıcı Nanə Ağamalıyevanın bununla bağlı suallarını cavablandırıb. Müğənni bədən ölçüsünü açıqlayıb:
“Çox incə və arıq olmaq olar. Amma bədən quruluşu çox önəmlidir. Sadəcə arıqsan söhbəti deyil… Bədənin ölçüləri söhbəti var. Mənim bədən ölçülərim 90-65-100-dür. Üzərrik çatlasın, pis gözlər partlasın (gülür). Əlbəttə ki, bu vücuda və ölçülərə sahib olmaq mümkündür. Amma burada əsas məsələ bir şeylərlə deyil, bütövlüklə dəyişim olmalıdır. Əsas dəyişim isə daxildən olmalıdır. Daxili dəyişim baş verərsə, hər şey dəyişəcək”.
Kazımova daha sonra çəkisini açıqlayaraq, 57 kiloqrama düşdüyünü deyib:
“Çox arıqlamışam. Boyum isə 167-dir”.